mobil versiya

Qarşıdakı 4 ildə 35O-dən çox tələbə dövlət proqramı çərçivəsində təhsil alacaq



“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq tələbələrin sayı açıqlanıb.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, sözü gedən tədris illərində 15 ixtisas istiqaməti üzrə 18 ölkənin 111 universitetində 353 nəfər təhsil hüququ qazanıb. Onlardan 80-i bakalavriat, 273-ü isə magistratura tələbələridir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 21-12-2022, 15:18