İş yerlərində seksual-qısnamaya qarşı qanunvericilik təkmilləşdiriləcək
Əmək münasibətlərində seksual-qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə qanunvericilik təkmilləşdiriləcək.
Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il sentyabrın 1-dək əmək münasibətlərində ayrı-seçkiliyin və seksual-qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.(report)
KARUSEL / CƏMİYYƏT
Tarix: 10-05-2024, 18:01