DSMF 2024-cü il üzrə büdcəsinin gəlirləri və xərclərini artırır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il üzrə büdcəsinin gəlirləri və xərcləri 30 milyon manat artırılır.
Bu, “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, Fondun büdcəsi 0,4 % artırılaraq 6 milyard 919,9 milyon manatdan 6 milyard 949,9 milyon manata çatdırılır.
KARUSEL / SOSİAL
Tarix: 24-05-2024, 14:22