mobil versiya

İsrail Rafahda rabitə və interneti tamamilə kəsib



İsrail hakimiyyəti Qəzza zolağının cənubunda, Misirlə sərhəddə yerləşən Rəfahda rabitə və interneti kəsib.
Bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İsrail ordusunun artilleriya və hava zərbələrinin artması fonunda Rafahda rabitə və internet kəsilib.
Qətərin “Əl-Cəzirə” telekanalı isə qeyd edib ki, İsrail Müdafiə Qüvvələri Rəfahın cənub və qərb bölgələrində də reydlər keçirir. Eyni zamanda İsrail tankları Rəfahın cənubundakı İbna və Şabura qaçqın düşərgələrində yerləşdirilib.(report)


KARUSEL / DÜNYA
Tarix: 29-05-2024, 08:45