İsrail "Əl-Cəzirə"ni bloklayacaq
İsrail hökuməti Qətərin “Əl-Cəzirə” telekanalını ölkədə bloklamaq və ofislərini bağlamaq qərarına gəlib.
“Ynet” portalı İsrailin Rabitə Nazirliyinin bəyanatına istinadən yazır ki, bunun üçün o, müharibə dövründə fəaliyyəti dövlətin təhlükəsizliyinə zərər vuran televiziya və radio şirkətlərinin bağlanmasına icazə verən qaydaları təsdiqləyib.
Qaydalar həmçinin avadanlıqların müsadirə edilməsinə və jurnalistlərin akkreditasiyasının ləğvinə imkan verir.
Rabitə naziri Şlomo Kari bildirib ki, “Əl-Cəzirə”nin yayımları və reportajları İsrailə qarşı zorakılığı təşviq etməklı HƏMAS və digər terror təşkilatlarına xidmət edir.
Nazirlik telekanalın bağlanması təklifini hökumətə təqdim edib. Onun növbəti iclasda təsdiqlənəcəyi gözlənilir.
KARUSEL / DÜNYA

Tarix: 20-10-2023, 15:19