mobil versiya

Pakistanda avtobus qəzasında 28 nəfər həlak olub



Pakistanın Bəlucistan əyalətində avtobus qəzası nəticəsində 28 nəfər ölüb.
Bu barədə Pakistan KİV məlumat yayıb.
Bildirilib ki, hadisə Vaşuk rayonunda baş verib. İlkin versiyaya görə, avtobusun təkəri partlayıb və nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə yerinə xilasedicilər cəlb olunub, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

KARUSEL / DÜNYA
Tarix: 29-05-2024, 10:00