mobil versiya

Çin İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək konfransda iştirak etməyəcək


Çin İsveçrədə Ukrayna üzrə keçiriləcək sülh konfransında iştirak etməyəcəyini təsdiqləyib.
Bu barədə "Reuters" xəbər verib.
Bildirilib ki, Pekin təklifi rədd edib, çünki onun iştirak şərtləri, o cümlədən Rusiyanın iştirakı təmin olunmayıb.
Mənbələrə əsasən, Çin bu həftə diplomatlara bildirib ki, yerinə yetirilməmiş şərtlər arasında konfransın həm Ukrayna, həm də Rusiya tərəfindən tanınması, onların orada bərabər şəkildə iştirak etməsi və bütün təkliflərin ədalətli müzakirəsi var.
KARUSEL / DÜNYA
Tarix: 31-05-2024, 09:20