mobil versiya

Rusiyanın Adıgeydəki neft bazasına PUA hucumu olub



Rusiyanın Adıgey Respublikasının Taxtamukay bölgəsindəki neft bazasına PUA hucumu olub.
RİA bildirir ki, bu barədə respublikanın başçısı Murat Kumpilov teleqram kanalında yazıb. Hucumdan sonra yanğın baş verib.
“Bu gecə pilotsuz təyyarənin hücumu nəticəsində Taxtamukay rayonunun Ənəm kəndində neft bazasında yanğın baş verib. Səhər saat 6-da yanğın yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb. Yanğın sahəsi təxminən 400 kvadratmetr təşkil edib”, – Kumpilov yazıb.
O əlavə edib ki, tələfat və sakinlər üçün təhlükə yoxdur.

KARUSEL / DÜNYA
Tarix: 20-06-2024, 09:51