Türkiyə İraq və Suriya ilə sərhəddə xüsusi təhlükəsizlik bölgəsi yaradır
Türkiyə İraq və Suriya ilə sərhəddə yerləşən Şırnak vilayətində xüsusi təhlükəsizlik bölgəsi elan edir.
“Akşam” qəzeti xəbər verir ki, bu barədə Şırnak valiliyindən bildirilib.
Qeyd olunub ki, Qabar dağı, Cudi dağı və Altındağları əraziləri müvəqqəti olaraq xüsusi təhlükəsizlik bölgəsi elan ediləcək.
Qərar iyunun 24-dən 30-na qədər qüvvədə olacaq. İnsanların həmin ərazilərə daxil olması qadağan ediləcək.
Buna səbəb kimi təhlükəsizlik tədbirləri və asayişin qorunması göstərilir.(report)
KARUSEL / DÜNYA
Tarix: 21-06-2024, 17:54