BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə təqdim ediləcək
Belçika, Almaniya və Küveyt BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə təqdim edəcək. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Belçikanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Mark Peksteen deyib. Belçikalı rəsmi bildirib ki, təqdim olunacaq qətnamə humanitar yönümlüdür.