mobil versiya

Bayden Çinə investisiyaları məhdudlaşdıran sərəncam imzalayıb



ABŞ prezidenti Co Bayden ölkəsinin "narahatlıq doğuran ölkələrdə" müəyyən texnologiya və məhsullara sərmayə qoymasını məhdudlaşdıran sərəncam imzalayıb.
Bu barədə Ağ Evin mətbuat xidmətindən veriən açıqlamada bildirilir ki, investisiya məhdudiyyətləri "milli təhlükəsizlik üçün kritik olan məxfi texnologiyalarla bağlı" sahələrə şamil edilir: yarımkeçiricilər və mikroelektronika, kvant informasiya texnologiyaları və süni intellekt.
Sərəncamda Çin, o cümlədən Honq-Konq Xüsusi İnzibati Bölgəsi və Makao Xüsusi İnzibati Bölgəsi "narahatlıq doğuran ölkə kimi müəyyən edilib".




KARUSEL / DÜNYA
Tarix: 10-08-2023, 09:44