mobil versiya

Bayden: “Rusiyanın yarımkeçirici bazarlarına çıxışını çətinləşdirməyə çalışırıq”




"Yarımkeçiricilər müdafiə sənayesinin istehsal imkanları üçün xüsusilə vacibdir. Ona görə də biz Rusiyanın onlara çıxışını çətinləşdirməyə çalışırıq".

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Alabamadakı “Javelin” tank əleyhinə raket kompleksi zavodunda çıxışı zamanı deyib.

ABŞ Prezidenti vurğulayıb ki, Rusiyanın yarımkeçirici bazarlarına çıxışını çətinləşdirəcək addımların atılmasını zəruri hesab edir.

O, əlavə edib ki, ABŞ yarımkeçirici sənayesinə investisiya qoymalı və bu sahədə liderliyi bərpa etməlidir, çünki onlar bir çox sahələrdə əsas rol oynayırlar.


SON XƏBƏR / KARUSEL
Tarix: 4-05-2022, 07:06