mobil versiya

Modi və Bayden iyunda Vaşinqtonda görüşəcək



Prezident Co Bayden iyunun 22-də Hindistanın Baş naziri Narendra Modini ABŞ-a rəsmi dövlət səfəri üçün qəbul edəcək. 
Ağ Evin mətbuat xidməti açıqlamasında deyilir ki, N.Modi gələn ay Vaşinqtona dövlət səfərinə gələcək, bu səfər üzərində aylardır hazırlıq gedir. Modinin ilk dövlət səfəri üçün maddi-texniki bazanı hazırlanır, səfərə iki liderin birgə şam yeməyi də daxildir. 
Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir ki, liderlər texnologiya, ticarət, sənaye, təhsil, tədqiqat, təmiz enerji, müdafiə, təhlükəsizlik, səhiyyə və insanlar arasında əlaqələrin dərinləşdirilməsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə güclü ikitərəfli əməkdaşlığı nəzərdən keçirmək imkanı əldə edəcəklər.
Ağ Evə görə,  Modi və Baydenin təhsil mübadilələrinin genişləndirilməsi, iqlim dəyişikliyi, işçi qüvvəsinin inkişafı və sağlamlıq təhlükəsizliyi məsələlərini müzakirə edəcəyi gözlənilir.


KARUSEL / DÜNYA
Tarix: 11-05-2023, 09:42