Rusiya Hindistanla ikitərəfli ticarət əlaqələrini dərinləşdirməyə çalışır
Hindistanda rəsmi səfərdə olan Rusiya Baş nazirinin müavini, Sənaye və Ticarət naziri Denis Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Doval ilə görüşərək Hindistan-Rusiya strateji tərəfdaşlığının həyata keçirilməsi üçün geniş spektrli ikitərəfli məsələləri müzakirə edib.
"Business Standard" xəbər verir ki, görüşdə tərəflər ikitərəfli ticarət əlaqələrini daha da dərinləşdirəcək bir addım olan azad ticarət sazişini müzakirə edib.
Manturov səfərinin ilk günündə 24-cü Hindistan-Rusiya Hökumətlərarası Ticarət, İqtisadi, Elmi-Texnoloji və Mədəni Əməkdaşlıq Komissiyasına (IRIGC-TEC) həmsədrlik edib.
IRIGC-TEC iqtisadi əməkdaşlığa nəzarət edən əsas institusional mexanizmdir. O, iqtisadi və ticarət əməkdaşlığı, modernləşdirmə və sənaye əməkdaşlığı, enerji, turizm və mədəniyyət, elm və texnologiya və İT üzrə altı işçi qrupunu birləşdirir.
Bu gün hökumətlərarası komissiyanın (HK) plenar iclası keçiriləcək, ondan sonra həmsədrlər IGC-nin 24-cü iclasının yekun protokolunu imzalayacaq. Manturov 18 aprel 2023-cü ildə xarici işlər naziri Subrahmanyam Caişankar ilə ikitərəfli Hökumətlərarası Komissiyanın iclasına həmsədrlik edəcək.
Hər iki tərəf ikitərəfli ticarət, iqtisadi və humanitar əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.
KARUSEL / DÜNYA
Tarix: 18-04-2023, 10:25