mobil versiya

6 ölkə İraqdan qoşunlarını çıxarır



NATO-nun İraqda beynəlxalq təlim missiyasının dayandırılması haqqında qərarı Bağdadda yerləşən İspaniya, İtaliya və Kanada hərbçilərinin qismən oradan çıxarılmasına gətirib çıxarıb.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, İspaniya, İtaliya və Kanada hərbçilərini İraqdan çıxarmaq qərarına gəliblər. 

İspaniya Müdafiə Nazirliyi açıqlayıb ki, kontingentinin əsas hissəsi – 550-dən çox hərbçi Bağdadın 50 kilometrliyindəki Besmayada yerləşir.
Qeyd edək ki, buna qədər Slovakiya, Sloveniya və Latviya ölkələri də İraqda olan hərbçilərini çıxarmışdı.

Məlumat üçün bildirək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu dünən gecə ABŞ-ın İraq ərazisindəki hərbi bazalarına 35 ballistik raket atıb.

KARUSEL / DÜNYA
Tarix: 8-01-2020, 18:05