mobil versiya

Tramp prezidentliyə namizədliyini rəsmən qəbul etdi



ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasının onun prezidentliyə namizədliyini irəli sürməsini rəsmən qəbul edib.
Tramp Miluokidə keçirilmiş Respublikaçılar Partiyası Milli Qurultayının son günündə bunu təsdiq edən sənədə imza atıb.
Donald Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə Respublikaçılar Partiyasının qurultayında baş verənlərdən danışıb. Onun sözlərinə görə, ABŞ-a qeyri-qanuni mühacirətlə bağlı statistik məlumatların əks olunduğu ekrana baxmaq üçün başını çevirəndə yüksək səs eşidib və qulağında şiddətli ağrı hiss edib. Başını tutub çoxlu qan görüb və hücuma məruz qaldığını anlayıb.
ABŞ prezidentliyinə namizəd bunları deyib:
— ABŞ prezidentliyinə namizədliyini irəli sürəcəyini rəsmən elan edib
— Söz verib ki, onun dövründə Birləşmiş Ştatlar dünyada yenidən hörmət qazanacaq və heç kim onun gücünə şübhə etməyəcək;
— Yenidən ABŞ prezidenti seçilərsə, Kim Çen Inla münasibətləri bərpa etmək niyyətindədir.
— Qurultayda jurnalist Taker Karlson, güləşçi Hulk Hoqan və bir çox başqa ulduzlar çıxış edib.
Qeyd edək ki, 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Respublikaçılar Partiyası Donald Trampın namizədliyini irəli sürüb. Həmçinin keçmiş Prezident bu posta yenidən seçiləcəyi halda Ohayo senatoru Ceyms Devid Vansı vitse-prezident təyin edəcəyini elan edib.


KARUSEL / DÜNYA
Tarix: 19-07-2024, 09:04