mobil versiya

Bakının bəzi ərazilərində qaz olmayacaq



Səbail, Xəzər, Binəqədi və Sabunçu rayonları ərazisində yerləşən bəzi qaz xətləri üzərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 02.08.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Qaz təchizatı dayandırılan müddətdə Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Ceyhun Hasilov, Nürəddin Paşayev, Tofiq Məmmədov küçələrində, Sulutəpə və Şağan qəsəbəsi Nüsrət Məmmədov, Məktəbli küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin, qeyd edilən müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, Maştağa Albalılıq, Bilgəh Albalılıq, Bağlar massivinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

KARUSEL / ÖLKƏ
Tarix: 2-08-2024, 09:33