mobil versiya

Bakının bu ərazilərində qaz verilişi dayandırılacaq



Paytaxtın Xəzər, Binəqədi, Səbail və Sabunçu rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 11.06.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə “Azəriqaz”dan  məlumat verilib.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Buzovna qəsəbəsinin, Binəqədi rayonu üzrə Nizami Nərimanov, İbrahim Paşadadaşov küçələrinin, Səbail rayonu üzrə Badamdar qəsəbəsi, 3-cü Massivin, Sabunçu rayonu üzrə isə Nardaran qəsəbəsinin Abşeron küçəsi və Bağlar massivinin qaz təchizatında fasilə yaranacaq.

KARUSEL / CƏMİYYƏT
Tarix: 11-06-2024, 09:16