mobil versiya

Laçının Güləbird kəndinə köç başlanacaq



Növbəti mərhələdə Laçın sakinlərinin Güləbird kəndinə köçürülməsinə başlanılacaq. Kəndə köç bu ilin ikinci yarısında həyata keçiriləcək.
Bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov rayonda keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib.
Onun sözlərinə görə, rayonun Qorçu, Şəlvə, Ərikli və digər kəndlərinin də tikintisinə başlanılacaq. Ötən ilin mayın 28-də ilk sakinlər Laçına qayıdıb. Laçın şəhərində iki mindən, Zabux və Susda isə mindən çox sakin məskunlaşıb.

KARUSEL / ÖLKƏ
Tarix: 2-08-2024, 11:29