Laçına 2026-cı ilin sonuna qədər 12 min insan qayıdacaq
2026-cı ilin sonuna qədər 12 min insanı öz evlərinə qaytarmağı düşünürük.
Bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov mayın 24-də Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində COP29 ilə əlaqədar keçirilən təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Laçın Azərbaycanın ən gözəl şəhərlərindən biridir: “2023-cü ilin sentyabrından bəri Laçında 700-dən çox ev və yaşayış kompleksi yenidən qurulub. Biz Laçının Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsi ilə qürur duyuruq”.
O qeyd edib ki, laçınlı keçmiş məcburi köçkünlər artıq doğma evlərinə geri qayıdacaq.
“Bir il əvvəl keçmiş məcburi köçkünlərin ilk hissəsi Laçına qayıtdı və burada Prezident İlham Əliyev yeni evlərin açarlarını onlara təqdim etdi. Bu gün 730 ailə - 2766 nəfər Laçın rayonuna qayıdıb. Laçın şəhərində, Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlər üçün qısa müddətdə hər cür şərait yaradılıb. 2026-cı ilin sonuna qədər 12 min insanı öz evlərinə qaytarmağı düşünürük”, - M. Məmmədov əlavə edib.(trend)
KARUSEL / ÖLKƏ
Tarix: 24-05-2024, 14:44