mobil versiya

Daha 70 Laçın sakini doğma yurda qayıdır



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Oktyabrın 30-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə -70 nəfər köçürülüb.
Beləliklə, 30.10.2023-cü il tarixindəki köç də nəzərə alınmaqla Laçın şəhərində 315 ailə (1205 nəfər) daimi məskunlaşması təmin edilib.
KARUSEL / ÖLKƏ
Tarix: 30-10-2023, 09:00