mobil versiya

Misir prezidenti Türkiyəyədədir



Misir prezidenti Əbdülfəttah əs-Sisi Türkiyəyə səfərə gəlib.

Ankara hava limanında onu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan şəxsən qarşılayıb.
Türkiyə prezident administrasiyasından verilən məlumata görə, bir günlük səfər çərçivəsində iki ölkənin ən yüksək səviyyəli strateji əməkdaşlıq şurasının ilk iclası keçiriləcək. Toplantıda Türkiyə-Misir münasibətlərini hərtərəfli nəzərdən keçiriləcək və ikitərəfli ticarət dövriyyəsini ildə 10 milyard dollardan 15 milyard dollara çatdırmaq üçün atılacaq birgə addımlar müzakirə ediləcək.
Ərdoğanla əs-Sisi arasında keçiriləcək danışıqlarda Fələstin-İsrail münaqişəsinin həlli, digər regional və qlobal problemlərin müzakirəsi də planlaşdırılır. Səfər nəticəsində hərbi-texniki sahədə də daxil olmaqla 20-yə yaxın ikitərəfli sazişin imzalanması nəzərdə tutulub.


KARUSEL / DÜNYA
Tarix: 4-09-2024, 15:42