mobil versiya

Məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün elektron qəbul prosesi dayandırılır



Sentyabrın 27-si saat 18:00-da 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına üzrlü səbəbdən qeydiyyatı gecikən uşaqlar üçün elektron qəbul prosesi dayandırılacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, qeyd edilən tarixə qədər valideynlər “mektebeqebul.edu.az” saytı vasitəsilə övladları üçün sorğu yerləşdirə bilərlər.
2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqların elektron qeydiyyatı oktyabrın 15-i saat 18:00-a qədər “mektebeqebul.edu.az” saytı üzərindən aparılacaq.

KARUSEL / CƏMİYYƏT
Tarix: 26-09-2024, 17:44