10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Kemel Tokayevin kitabının təqdimatı ilə start götürüb
Bakıda görkəmli qazax yazıçısı və ictimai xadimi Kemel Tokayevin Azərbaycan dilində çap olunan “Xüsusi tapşırıq” kitabının təqdimatı keçirilib.
Kitabın nəşri Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunub. Təqdimat 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində baş tutub.
Reportyor.az saytına Qazaxıstanın ölkəmizdəki səfirliyinin verdiyi məlumata görə, Tədbirdə Qazaxıstan Respublikasının Prezidentinin Müşaviri Malik Otarbayev, Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Azərbaycan Parlamentinin deputatları, dövlət strukturlarının nümayəndələri, yaradıcı ziyalılar və digərləri iştirak ediblər.
Aktotı Raimkulovanın sözlərinə görə, Türk Dünyasının görkəmli şəxsiyyətlərinin yaradıcılığının təşviqi Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Fond “Türk dünyasının dahi şəxsiyyətləri”, “Türk ədəbiyyatının inciləri”, “Türk dünyasının elmi inciləri” kimi kitab seriyaları nəşr edir.
“Dahi qazax yazıçısı və ictimai xadimi Kemel Tokayevin “Türk dünyasının inciləri” silsiləsindən olan “Xüsusi tapşırıq” kitabı Fondun növbəti nəşridir. Kemel Tokayev türk ədəbiyyatının və söz yaradıcılığının inkişafına böyük töhfələr verib. Yazıçılıqdan başqa o, jurnalistika ilə də məşğul idi və Qazaxıstanın vacib mədəniyyət və sosial problemləri işıqlandırırdı”, - deyə, Aktotı Raimkulova qeyd edib.
Dövlət Başçısının Müşaviri Malik Otarbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev adından qonaqları salamladı. Öz çıxışında o, Kemel Tokayevin qazax ədəbiyyatında detektiv janrının əsasını qoyan yazıçı olduğunu qeyd edib.
“O, hər bir əsərini arxiv məlumatlar əsasında yazırdı. O, zamanın ruhunu əks etdirib və tarixdə unudulmaz izini qoyub”, - deyə, Müşavir bildirib.
Malik Otarbayevin sözlərinə görə, Azərbaycan dilinə tərcümə olunan əsərinin Bakı sakinləri üçün kitab sərgisində təqdimatı böyük önəm daşıyır. Müəllif tərəfindən yazılan hər bir əsər gələcək nəsillərə ötürülən irsdir.
Azərbaycanın xalq yazıçısı Anar Rzayev Qazaxıstana olan sevgisini, və bu sevginin onu dahi yazıçı Abay haqqında məqalə yazmağa ilham etdiyini etiraf etdi. Qardaş qazax xalqına olan sevgisini qeyd edərək, yazıçı Kemel Tokayevin yaradıcılığına olan böyük ehtiramını da izhar edib.
Tanınmış azərbaycanlı yazıçı Çingiz Abdullayev bu əsərin Azərbaycan və Qazaxıstan xalqları arasında mədəni və ədəbi əlaqələrinin daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcəyini və oxucular tərəfindən böyük maraqla qəbul olunacağını vurğulayıb. Detektiv janrının yazıçısı olan Ç. Abdullayev Kemel Tokayevin olduqca mürəkkəb və maraqlı taleyindən sarsıldığını vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Kemel Tokayevin kitabının Azərbaycan dilində nəşri oxuculara qazax ədəbiyyatının xadiminin yaradıcılığı ilə daha yaxın tanış olmağa imkan yaracaq.
Azərbaycanda Atatürk Mərkəzinin Direktoru, akademik Nizami Cəfərov kitabla bağlı öz düşüncələri ilə bölüşüb. O, kitabda sovet vaxtında faşizmlə mübarizə tarixi haqqında geniş məlumat verildiyini qeyd edib.
Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin Sədri Fazil Mustafa Kemel Tokayevin yaradıcılığından söz açarkən, bu cür tədbirlərin ənənəyə çevrilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında Qazaxıstanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunan və Kemel Tokayevin 100 illiyinə və XX əsrin Azərbaycan ədəbiyyatının klassiki Mir Cəlal Paşayevin 115-illiyinə həsr olunmuş “Türd ədəbiyyatının tərlanları” beynəlxalq konfransda Kemel Tokayevin Azərbaycan dilində olan “Gecə açılan atəş” adında povestlər toplusu təqdim olunub. İki qardaş dövlətinin başçıları Qazaxıstan-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterinin vurğulayırlar və mədəni-humanitar əlaqələrinin inkişafının vacibliyinə işarə edirlər.
Təqdimat iştirakçılar həmçinin K. Tokayevin əsərlərinin yüksək bədii dəyərini qeyd ediblər.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 4-10-2024, 16:42