mobil versiya

Türk Mədəniyyəti və İrsi Fondu ilə TİKA arasında Anlaşma Memorandumu imzalanıb



Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Ankaraya rəsmi səfəri çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) prezidenti Serkan Kayalar ilə görüşüb.
Fonddan bildirilib ki, görüşdə Aktotı Raimkulova TİKA-nın ümumtürk mədəni irsinin qorunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. Fond ilə TİKA arasındakı mövcud qarşılıqlı əlaqələrdən bəhs edərək, əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.
TİKA-nın prezidenti Serkan Kayalar türk xalqlarını birləşdirən vahid irsin beynəlxalq səviyyədə təbliğ və təşviqini zamanın tələbi kimi dəyərləndirib. Serkan Kayalar TİKA-nın Fond ilə işbirliyinin daha da gücləndirilməsinə hər zaman hazır olduğunu qeyd edib.
Görüş çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə TİKA arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Fondun prezidenti Aktotı Raimkulova və TİKA-nın prezidenti Serkan Kayalar imzalayıblar.
Memorandum ümumtürk mədəni irsinin tanıdılmasına, yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə töhfə vermək üçün birgə əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşıyır.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 18-01-2024, 17:28