Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub.
Bu vəzifəyə türk dövlətləri başçılarının qərarı ilə Aktotı Raimkulova gətirilib.
O, qurumun türk dünyasında ortaq etnik, mədəniyyət və tarixə əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da layihə və fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəyini bildirib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edilib. Fondun Nizamnaməsi Türk Şurasının 2012-ci il avqustun 23-də keçirilmiş Bişkek Zirvə görüşündə qəbul edilib.
Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əvvəlki prezidenti Günay Əfəndiyeva olub.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 28-11-2023, 10:32