mobil versiya

Ərdoğan İlham Əliyevə təşəkkür edib



"Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi üçün çağırış edən Prezident İlham Əliyevə təşəkkür edirəm".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.
Xatırladaq ki, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilir. Bu tədbirin Ankarada keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Belə ki, daha əvvəl Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.

KARUSEL / SİYASƏT
Tarix: 16-03-2023, 14:21