mobil versiya

Dolu düşəcək, yüksək dağlıq ərazilərdə qara keçəcək - Hava ilə bağlı xəbərdarlıq



Oktyabrın 8-i axşam şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 9-u gündüzədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

KARUSEL / ÖLKƏ
Tarix: 7-10-2024, 17:17