mobil versiya

Dövlət və hökümət başçılarını daşıyan korteclərin keçəcəyi yollarda insanlar alternativ yollardan istifadə edə bilməsi təmin ediləcək



COP29 keçirildiyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı məhdudiyyətlərin qoyulması nəzərdə tutulmur.

Bu barədə jurnalistlərə açıqlamasında COP29 Əməliyyat şirkətinin nəqliyyat və havalimanı əməliyyatları departamnetinin rəhbəri Orxan Mahmudlu deyib.
Onun sözlərinə görə, sadəcə olaraq noyabrn 11-13 tarixlərində liderlər sammiti keçiriləcəyi dövrdə ölkəyə səfər edəcək dövlət və hökümət başçılarının gəlişi ilə əlaqədar havalimanından şəhərə, şəhərdən stadion istiqamətində müxtəlif yollarda tənzimləmələrin aparılması nəzərdə tutulur.
"Bu tənzimləmələr aparılarkən digər avtomobillərin bu yolda hərəkətlərində müəyyən çətinliklər yarana bilər, biz şəhərin nəqliyyat tənzimlənməsi planının hazırlayıb təqdim etdik. Bu plana əsasən dövlət və hökümət başçılarını daşıyan korteclərin keçəcəyi yollarda insanlar alternativ yollardan istifadə edə bilməsi təmin ediləcək. Həmin yollarla bağlı məlumat ictimaiyyətlə paylaşacılaq", - deyə o bildirib.

KARUSEL / ÖLKƏ
Tarix: 18-10-2024, 13:22