Onlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək
COP29 zamanı akkreditasiyası olanlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.
Bunu Bakı Olimpiya stadionuna təşkil edilən media-tur zamanı COP29 Əməliyyat şirkətinin nəqliyyat və havalimanı əməliyyatları departamnetinin rəhbəri Orxan Mahmudlu jurnalistlərə açıqlamasında deyib.
"COP29-da metronun hərəkət qrafikində müəyyən intervalların dəyişdirilməsi nəzərdə tutulub. Amma digər hər hansısa tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmayıb. Ümumiyyətlə ev sahibi ölkə olaraq müəyyən öhdəliklərimiz var. Bunlardan biri də qonaqlara təhlükəsiz, fasiləsiz nəqliyyat xidmətinin təşkilidir. Ölkədə olan qonaqlar ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcək. Bunun üçün hər hansı kart paylanması nəzərdə tutulmur. Onlar akkreditasiya kartlarından istifadə edərək nəqliyyatdan istifadə edə bilər. Bu qayda həm xarici qonaqlar, həm də akrreditasiyadan keçən yerlilər üçün nəzərdə tutulub", - deyə o bildirib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 18-10-2024, 12:49