mobil versiya

Yaponiya səfərində ictimai nəqliyyatdan istifadə zamanı yardımçı olacaq faydalı məlumatlar



Yaponiya səfərinizdə ictimai nəqliyyatdan istifadə zamanı yardımçı olacaq faydalı məlumatlar hansıdır?

Yaponiyanın ölkəmizdəki səfirliyi sosial şəbəkə hesabında səfər zamanı lazım olan məlumatları bölüşüb.

Yaponiyada ictimai nəqliyyatdan (qatar, metro, avtobus və s.) istifadə zamanı xarici turistlər üçün nəzərdə tutulmuş IC kartlardan (“ağıllı kart”) yararlana bilərsiniz. Kartı aldıqdan sonra gediş yükləməklə, hər dəfə bilet aparatından nəğd ödənişlə bilət almağa ehtiyac qalmayacaq. 

Bu kartdan əksər ictimai nəqliyyat sistemlərində (qatar, metro, avtobus) istifadə edə bilərsiniz. Və ən əsası, təkcə nəqliyyat deyil, mağazalarda alış-veriş üçün də istifadə oluna bilər! Sadəcə bir kartla demək olar ki, əksər mağazalar, apteklər, hətta bəzi restoranlarda ödəniş etmək mümkündür. İstifadədən sonra Azərbaycana qayıdan zaman yadigar kimi saxlaya bilərsiniz.

Beləliklə, Yaponiyada xaricilərin də istifadə edə biləcəyi ən məşhur 2 kart

1 SUICA kartı: Tokio və ətrafı, eləcə də əsasən Yaponiyanın şərq hissəsində istifadə olunan IC kartı. Xaricilər üçün nəzərdə tutulan “Welcome SUICA” kartı təkcə qeyd olunan ərazilərdə deyil, bütün Yaponiya ərazisində istifadə edə bilərsiniz. Alış zamanı heç bir depozit ödənişi gərək deyil. Bu kart 28 gün ərzində qüvvədə olur. Tokioda Narita Hava limanı və Haneda Hava limanında da əldə etmək olar və ölkə ərazisində müxtəlif stansiyalar, dayanacaqlar, konbini mağazalarında əlavə gediş, pul yüklənməsi mümkündür.
2 Kansai One Pass: Kioto, Kobe və Osaka əraziləri başda olmaqla, əsasən Yaponiyanın qərb regionlarında istifadə olunan IC kartı. Kartın istifadə müddəti limitsizdir. Kartı əldə edən zaman 500 yen depozit məbləği ödəmək gərəkdir. Kansai Beynəlxalq Hava Limanında da kartı əldə etmək olar. Bu kartla bəzi turistik məkanlara və restoranlara endirim əldə edə bilərsiniz.


MARAQLI / KARUSEL
Tarix: 21-08-2024, 17:51