mobil versiya

Mais Ağayev: "Bakıda aktiv sürücülərin 40%-ni cərimələmişik" - VİDEO



İctimai Televiziyanın “3D” adlı layihəsində aparıcı Dadaş Dadaş oğlu Dadaşlinskinin bu dəfəki qonağı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev olub.

BAKU.WS xəbər verir ki, verilişə qonaq gələn qurum rəsmisi efirdə iynəli atmacaların qurbanı olub. 

Dadaş Dadaş oğlu Dadaşlinskinin katibəsi Lüba Mais Ağayevin şəklini çəkir və artıq 20 AZN borcu olduğunu deyir. Lüba təzəliklə cərimələndiyini və şəkildə pis düşdüyünü deyib. Yenidən fotosunun çəkilməsini istəyən xanıma Mais Ağayev köməklik ediləcəyini deyib.

Daha sonra Dadaş Dadaş oğlu Dadaşlinskinin suallarını cavablayan Mais Ağayev bir çox qaranlıq məqamlara aydınlıq gətirib. 
Parkinqlə bağlı vəziyyətin nə vaxt düzələcəyi sualına cavab verən Mais Ağayev insanların, xüsusilə televiziyalarda işləyənlərin ictimai nəqliyyatdan istifadə etməyə çağırıb: "Üzdə olan insanlarsınız. Hamınız ictimai nəqliyyatdan istifadə edərək nümunəyə çevrilə bilərsiz. Bir ilkə atmış ola bilərsiz". 

Dadaş Dadaş oğlu Dadaşlinskinin "BNA-nın ünvanına həddən artıq neqativ var. Bu nədən irəli gəlir?" sualına BNA rəsmisinin cavabı belə olub: 

"Bizdən o insanlar narazıdır ki, nəqliyyat vasitəsi ilə dayanma-durma qaydalarını pozur və cərimə olunur. Bu gün Bakı şəhərində 650 min nəqliyyat vasitəsi qeydiyyatdadır. Bunun da 450 mini aktiv nəqliyyat vasitəsidir. Onların da hamısı cərimələnməyib. Bunların təxminən 40% cərimələnib. Gündəlik ictimai nəqliyyatdan istifadə edənlərin sayı isə 2,2 milyondur. Bizim üçün önəmli olan ilk növbədə olan piyadalardır. Bizim əsas məqsədimiz şəhəri piyadalar üçün, ictimai nəqliyyatdan istifadə edənlər üçün daha əlçatan etməkdir".




MARAQLI / KARUSEL / ÖLKƏ / VİDEOXƏBƏR
Tarix: 9-10-2019, 10:15