Bakıda “Toyaota Prado” təkər sexinə girdi - Yaralı var
Bakıda minik maşını təkər sexinə girib.
BAKU.WS xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, Yusif Çərkəz oğlu Allahverdiyev sürücülük vəsiqəsi olmadan Azər Taryel oğlu Səfərova məxsus “Toyaota Prado” markalı, 90 VO 041 dövlət nömrə nişanlı maşınla Dadaş Bünyadzadə küçəsi ilə Əsəd Əhmədov küçəsi istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib.
Nəticədə maşın Dadaş Bünyatzadə küçəsi 230 F ünvanında yerləşən təkər təmiri sexinə girib.
Nəticədə sexin qarşısında olan 1990-cı il təvəllüdlü Saleh İkram oğlu Abdullayevi vurub.
Piyada kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 236-1.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 26-09-2019, 10:48