mobil versiya

Abşeronda şadlıq sarayının qarşısında 9 yaşlı uşağı maşın vurub



Abşeronda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən "Briliant" şadlıq sarayının qarşısında qeydə alınıb. 

Belə ki, 2010-cu il təvəllüdlü Əliyeva Samirə Samir qızı yolu keçərkən maşın vurub. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. 
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 19-09-2019, 23:26