mobil versiya

BNA-dan qeyri-adi piyada keçidi ilə bağlı AÇIQLAMA



Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Nərimanov rayonunun Aşıq Molla Cümə küçəsində piyada keçidinin qazona dirənməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış fotoya münasibət bildirib.

Qurumun mətbuat katibi Mais Ağayev “Report”a açıqlamasında bildirib ki, həmin yerdə işlər tamamlanmayıb.

"Bu cür foto paylaşmaq görülən işlərə qarşı inamsızlıq yaradır və təxribat törətmək məqsədi daşıyır", - o qeyd edib. 
MARAQLI / KARUSEL / ÖLKƏ
Tarix: 11-09-2019, 22:26