mobil versiya

Fələstin səfirliyi: Trampın təklif etdiyi “əsrin sazişi” faydasız teatr tamaşasıdır




ABŞ prezidentinin təklif etdiyi "əsrin sazişi” faydasız teatr tamaşasıdır və beynəlxalq hüququ kobud şəkildə pozur.

“Report” xəbər verir ki, bunu Fələstinin Azərbaycandakı səfirliyindən ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdəki münaqişənin həll edilməsi üzrə təklifini şərh edərkən bildiriblər.

"Dünya dünən prezident Tramp və baş nazir Netanyahunun çiyin-çiynə verərək beynəlxalq hüquq normalarına açıq hücum şəklində "əsrin sazişi” adlandırılan faydasız teatr tamaşasını qurduğunun şahidi oldu”, - deyə qeyd edən səfirlik BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qəbul etdiyi 160-dan çox müvafiq qətnamənin, həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin qərarının olduğunu xatırladıb.

Qeyd olunub ki, təklif olunan saziş İsrailin ultrasağ hakim ali koalisiyasının ideoloqları tərəfindən layihələndirilib, strukturlaşdırılıb və yaradılıb: “Həmfikir insanlar tərəfindən təhrik və təşviq edilən hazırkı ABŞ administrasiyası da bu ağlasığmaz bəyanatı imzalayır və möhürləyir”.

“Bu saziş anaxronik sionist müstəmləkəçilik hərəkatının tarixi Fələstinin qalıqlarından qanunsuz istifadəni davam etdirməklə bağlı xəyallarını gerçəkləşdirməklə, bununla da Fələstində tarixi şəhərləri və paytaxt Qüdsü ətraf mühitin qalan hissəsindən ayıran İsrailin müstəmləkəçi aparteid sistemini yaradaraq bir növ “quid pro quo” (xidmətə qarşı xidmət) razılaşmasıdır.

Prezident Mahmud Abbas bütün Fələstin siyasi partiyaları və onu dəstəkləyən Fələstin xalqı ilə birlikdə dünən deyib: “Tramp və Netanyahuya söyləyirəm: Qüds satılmır, hüquqlarımız satılmır və heç bir sövdələşmə mövzusu ola bilməz. Sizin sazişiniz, sövdələşməniz keçməyəcək”, - səfirlikdən bəyan ediblər.

KARUSEL / DÜNYA
Tarix: 29-01-2020, 17:20