mobil versiya

Bu günədək 168 min hektar sahə minalardan təmizlənib



İşğaldan azad edilmiş ərazilərdə bu günə qədər təxmini 168 min hektar sahə minalardan təmizlənib.


Bunu ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masadasəsləndirib.

Təmizlənən ərazilərdən 161 min mina aşkarlanıb, onların təxmini 25 mini piyadalar əleyhinə minalardır. 1991-ci ildən indiyə qədər 3400-dən çox insan mina qurbanı olub. Vətən müharibəsinin bitməsindən 2021-ci ilin sonuna qədər 77 mina hadisəsi baş vermişdi. O müddətdən indiyə kimi isə maarifləndirmə nəticəsində hadisələrin sayı 60 faizə qədər azalıb.

KARUSEL / ÖLKƏ
Tarix: Dünən, 10:40