mobil versiya

İşğaldan azad edilən torpaqların 111 min 207 hektarı minalardan təmizlənib


"Azərbaycanda mövcud mina probleminin miqyası olduqca böyükdür. İlkin hesablamalara görə, işğaldan azad edilmiş ərazilərində 1,5 milyona yaxın mina yerləşdirilib və 9 min kvadrat kilometrə yaxın ərazi minalarla çirklənib”.
Bunu “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfransda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O qeyd edib ki, 2020-ci ilin noyabrdan bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 111 min 207 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. Ümumilikdə 109 min 552 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 min 753 piyada əleyhinə mina, 18 min 531 tank əleyhinə mina və 60 min 268 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
“Mina və müharibənin partlayıcı qalıqları işğaldan azad edilmiş ərazilərin davamlı inkişafına, insanların rifahına və ətraf mühitə ciddi problem yaratmaqda davam edir.
Bu sahədə daha sıx əməkdaşlıq qurmaq, bilik və təcrübələri paylaşmaq, qlobal səyləri birləşdirərək mina təhlükəsindən azad bir dünya yaratmaq lazımdır”,- deyə V.Süleymanov bildirib.
KARUSEL / ÖLKƏ
Tarix: 28-11-2023, 11:21