mobil versiya

Ötən həftə 356 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib



Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan bildiriblər ki, mayın 1-dən 6-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 88 mina, tank əleyhinə 75 mina və 123 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 356 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 8-05-2023, 15:08