Bakıda Zəfər Günü ilə bağlı növbəti yürüş keçirilib

Bu gün 8 Noyabr Zəfər günü ilə bağlı Bakının müxtəlif ərazilərində yürüş keçirilib.
Reportyor.az xəbər verir ki, yürüş istiqamətlərindən biri də Musabəyov parkı ərazisindən başlayıb, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti və Parlament prospektindən keçməklə Şəhidlər Xiyabanına qədər davam edib.
Qeyd edək ki, Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyd olunur.

KARUSEL / ÖLKƏ
Tarix: 8-11-2024, 10:57