Bakıda Zəfər Günü ilə bağlı üçüncü istiqamət üzrə yürüş başladı
44 günlük Vətən müharibəsində qazanılan Zəfərin ikinci ildönümü təntənəli şəkildə qeyd edilir.
Oxu.Az xəbər verir ki, bu münasibətlə Bakıda üç istiqamət üzrə yürüş keçirilir.
Üçüncü istiqamət üzrə yürüş başlayıb.
Hərbi orkestrin müşayiəti ilə başlayan yürüş Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı marşrutu üzrə davam edəcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabrda imzaladığı sərəncəma əsasən, 8 noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunur.
MANŞET
Tarix: 8-11-2022, 10:17