mobil versiya

Ölkənin qeyri-neft ixracı oktyabrda 23%-dən çox artıb


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 807,5 mln. ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin analoji dövrü ilə müqayisədə 3,5% çoxdur.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, təkcə cari oktyabr ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 342,4 mln. ABŞ dollarlından çox təşkil edib ki, bu da illik ifadədə 23,1%-lik artım deməkdir.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan 3,348 mlrd. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Nəticədə Azərbaycanın qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alınıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 21-11-2024, 16:34