Qeyri-neft məhsulları ən çox bu ölkələrə ixrac olunub
Cari ilin yanvar-avqust aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və ABŞ qərarlaşıb.
Dövlət Gömrük Komitəsindən Axar.az-a bildirilib ki, səkkiz ayda Rusiyaya 527,6 milyon dollar, Türkiyəyə 491,1 milyon ABŞ dolları, Gürcüstana 126,8 milyon dollar, İsveçrəyə 117,6 milyon dollar, ABŞ-a isə 60 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.
İQTİSADİYYAT
Tarix: 20-09-2022, 12:30