mobil versiya

Minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarında Azərbaycan dünyada birinci yerdədir



Minalarla mübarizəyə qlobal dəstək 1,03 milyard ABŞ dolları təşkil edib.

Bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin İcmal konfransında Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri deyib.
O bildirib ki, bu, ilk dəfədir ki, minatəmizləmə üzrə illik maliyyələşmə bir milyardı ötüb, buna səbəb isə Ukraynaya artan maliyyə yardımıdır.
"Minalarla çirklənməyə məruz qalan 20 ölkə minalarla mübarizə üzrə milli proqramlarına ümumilikdə 227,3 milyon ABŞ dolları töhfə verib ki, bu da qlobal maliyyələşdirmənin 22%-ni təşkil edir. Hesabatda bildirilir ki, mina problemləri ilə məşğul olan milli qeyri-hökümət təşkilatlarına birbaşa beynəlxalq yardımın 1%-dən də az hissəsi ayrılır. Minalarla mübarizəyə ayrılan beynəlxalq dəstəyin yalnız 6% qurbanlara yardım proqramlarına yönəldilib."
Sədr qeyd edib ki, hesabatda bizim təşkilatın hazırladığı hesabata istinad olunaraq və digər ölkələrdən alınmış məlumatlara əsaslanaraq göstərilir ki, minalarla mübarizəyə sərf olunan milli maliyyənin miqdarında Azərbaycan Respublikası 1-ci yerdədir.
"Azərbaycan Respublikası minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmamışdır. Bildirilir ki, bu Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq ətrafında olan ölkələrin heç birinin bu Konvensiyaya üzv olmaması və hazırda regionda yaranmış vəziyyət səbəbindən bu Konvensiyaya qoşula bilmir. Buna baxmayaraq Azərbaycan bu Konvensiyaya dəstəyini bildirdiyini göstərməkdədir. Azərbaycan 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu Konvensiyanın universalizasiyasına yönəlmiş və hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir. Ölkədə minaların təmizlənməsini həyata keçirir, mina təhlükəsinə dair maarifləndirmə proqramları davam etdirilir", - deyə o qeyd edib.(trend)

KARUSEL / ÖLKƏ
Tarix: Dünən, 13:41