Azərbaycanda 97 şəxs minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi tərəfindən 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 97 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb".
Bu barədə "report"a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunan ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar", - o vurğulayıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 2-12-2021, 22:00