Quş qripi xəstəliyi ilə bağlı bir sıra ərazilərə bəzi məhdudiyyətlər tətbiq olunub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Almaniya Federativ Respublikasının Baden-Vürtemberq vilayətində, Amerika Birləşmiş Ştatlarının isə Nebraska, Miçiqan, Ohayo, Arkanzas, Qərbi Virciniya, Delaver, İndiana ştatlarında və Puerto-Riko ərazisində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatda deyilir.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün bu inzibati ərazi vahidlərindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 17:27