mobil versiya

Tarif Şurası 200-ə yaxın dərmanın qiymətinin yuxarı həddini təsdiqlənyib



Dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətlərinin yuxarı həddi və onların qüvvəyə minmə tarixləri təsdiq edilib.

Reportyor.az xəbər verir ki, bununla bağlı Tarif Şurası bununla bağlı qərar qəbul edib.

İclasda yeni dövlət qeydiyyatına alınan 187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 8 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 46 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Bu qərar 2025-ci il 5 aprel tarixindən qüvvəyə minir.

https://tariff.gov.az/ckfinder/userfiles/files/Q%C9%99rarlar%202025-davam%C4%B1/044-N2-%C6%8F.pdf

Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinin tarifləri
Xidmətlərin adıÖlçü vahidiTarif
Manat (ƏDV-siz)


IIIIIIIV
1.Orijinal dərman vasitələri


1.1.Dövri olaraq yenilənən təhlükəsizlik hesabatı sənədlərinin (DYTH) ekspertizası1 ədəd400
1.1.1.Hər əlavə doza*1 ədəd50
1.1.2.Hər əlavə forma*1 ədəd50
1.2.Risk idarəetmə planı sənədlərinin (RİP) ekspertizası1 ədəd300
1.2.1.Hər əlavə doza*1 ədəd50
1.2.2.Hər əlavə forma*1 ədəd50
2.Generik dərman vasitələri


2.1.Dövri olaraq yenilənən təhlükəsizlik hesabatı sənədlərinin (DYTH) ekspertizası1 ədəd360
2.1.1.Hər əlavə doza*1 ədəd50
2.1.2.Hər əlavə forma*1 ədəd50
2.2.Risk idarəetmə planı sənədlərinin (RİP) ekspertizası1 ədəd280
2.2.1.Hər əlavə doza*1 ədəd50
2.2.2.Hər əlavə forma*1 ədəd50
3.Farmakonəzarət sisteminin əsas dosyesinin (FSƏD) ekspertizası1 ədəd620
* Eyni vəsiqə sahibinə münasibətdə təsiredici maddə əsas götürülməklə Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan dərman vasitəsinin fərqli dozaları və fərqli formaları nəzərdə tutulur.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-04-2025, 14:44