mobil versiya

Tramp: “Keyn həm çox yaxşı insandır, həm də yaxşı qolfçudur”




ABŞ prezidenti Donald Tramp İngiltərə millisinin hücumçusu Harri Keyn haqqında fikirlərini bölüşüb.

BBC xəbər verir ki, o, Keynin əla futbolçu olduğunu bildirib:

“Keyn əla futbolçudur. Biz onunla qolf oynamışıq. O, həm çox yaxşı insandır, həm də yaxşı qolfçudur”.
Harri Keyn DÇ-2026-da 6 qolla bombardirlər sırasında ön sıralarda qərarlaşıb.
İngiltərə millisi dünya çempionatının 1/4 finalında Norveç yığması ilə qarşılaşacaq. Oyun iyulun 12-də, saat 01:00-da start götürəcək.(Komanda.az)


Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: 10-07-2026, 14:29