DÇ-2026: İngiltərə Meksikaya qalib gələrək 1/4 finala çıxıb

Futbol üzrə dünya çempionatında İngiltərə Meksika millisinə qalib gələrək 1/4 final mərhələsinə yüksəlib.
Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında Avropa təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.
İngiltərə yığmasında Çud Bellingem (36,38) və Harri Keyn (60-p.) fərqləniblər. Şimali Amerika təmsilçisinin heyətində isə Xulian Kinyones (42) və Raul Ximenez (69-p.) dəqiq zərbə müəllifi olublar.
İngiltərə millisinin növbəti mərhələdəki rəqibi Norveç olacaq.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 09:24


























