mobil versiya

PUA-ların dövriyyədə olmasına xüsusi icazə əsasında yol veriləcək



Mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının dövriyyədə olmasına xüsusi icazə əsasında yol veriləcək.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. (Apa)


Reportyor.az 


KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:54